Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb


12:11     30 Aprel 2020 20_04_30_1588234324.jpg

Bakı sakinini bıçaqla hədələyib 10 min dollar pulunu alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Açar sözlər:

Oxunub: 700