Məktəblilərin yay tətili ləğv olunmayacaq


13:04     30 Aprel 2020 mektebliler_015.jpg

"Güman edirəm ki, məktəblilərin yay tətilinin ləğv olunması üçün əsas yoxdur".

Femida.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz:

"İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız müəllim və məktəbin qayğıları olmayacaq. Bunun üçün yay tətitli müddətində şagirdlər də bu boşluqların aradan qaldırılması üçün öz töhfələrini vermək üçün hazırlaşmalıdırlar".

Femida.az

Açar sözlər: #təhsil   #məktəbli  

Oxunub: 738