Daha 100 min nəfər üçün 190 manat köçürüldü
14:02 30 Aprel 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) aidiyyəti üzrə bank və poçt filallarına köçürüb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, vəsaiti köçürülən şəxslərə bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndərilir.
Onlara mesaj gəldikdən sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəməni ala bilərlər.
Aprelin 9-dan birdəfə ödənişlərin verilməsinə başlanıb. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb. Hazırda ödənilən maliyyənin ümumi məbləği 95 milyon manatdır.
Femida.az
Oxunub: 799
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək