Koronavirusa yoluxanlardan 1325 nəfəri tam sağalıb


17:10     30 Aprel 2020 poliklinika-beograd-8.jpg

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.


Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143079 test aparılıb.

Femida.az

Açar sözlər: #koronavirus   #sağalma   #test   #səhiyyə  

Oxunub: 847