Milli Depozit Mərkəzi xidmət haqlarını müvəqqəti ləğv edib
17:41 30 Aprel 2020
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının bu gün keçirilən iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzәştlәrin verilmәsi istiqamətində müvafiq qərar qəbul edilib.
“Report” quruma istinadən xəbər verir ki, həmin qərar sabahdan qüvvəyə minəcək.
Qərara əsasən, "Bakı Fond Birjası" QSC-də sәhmlәrin vә istiqrazların tәkrar bazarında bağlanan әqdlәrin, habelә repo әmәliyyatlarının qeydiyyatı üzrә Milli Depozit Mәrkәzinә ödәnilәn xidmət haqları bu il sentyabrın 30-na qədər lәğv edilir.
Bundan başqa, birjada Maliyyə Nazirliyinin istiqrazları, Azərbaycan Mәrkәzi Bankın notları vә ipoteka istiqrazları ilә bağlanan tәkrar bazar әqdlәri üzrә hesablaşmalar bu il sentyabrın 30-na qədər “T+1” rejimindәn “T+0” rejiminә keçirilir.
Bu qərar koronavirus (COVID-19) pandemiyasının vә bundan irәli gәlәrәk dünya enerji vә sәhm bazarlarında baş verәn kәskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyә, mәşğulluq mәsәlәlәrinә vә sahibkarlıq subyektlәrinә mәnfi tәsirinin azaldılması istiqamətində Azәrbaycan Mәrkәzi Bankının İdarә Heyәtinin bu il aprel 23-də 16 saylı qәrarı ilə təsdiqlədiyi əlavə dəstəkləyici tədbirlər çərçivəsində qəbul edilib. Məqsəd pandemiyanın kapital bazarı iştirakçılarına mәnfi tәsirinin azaldılmasıdır.
Oxunub: 859
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb