Dövlət Komitəsi erməni təxribatının qarşısını aldı
09:11 01 May 2020
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daha bir erməni təxribatının qarşısı alınıb.
Komitədən Femida.az-a bildirilib ki, Qazaxıstan Xalqı Assambleyasının Şərqi Qazaxıstan vilayəti üzrə Ust-Kamenoqorsk şəhərində yerləşən “Dostluq Evi”nin rəsmi facebook səhifəsində ermənilər aprelin 27-də yayımlanmış videoda göyərti qutabını “erməni-Qarabağ” mətbəxinə aid yemək növü kimi təqdim edib.
Dövlət Komitəsinin müdaxiləsindən sonra aprelin 29-da sözügedən video səhifədən silinib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 29 aprel tarixində Şərqi Qazaxıstan vilayəti üzrə “Azərbaycan Etno-mədəni Birliyi” adlı İctimai təşkilatın sədri Elvin Dəmirçiyev ilə əlaqə saxlanılıb və müvafiq tövsiyələr verilib.
“Dostluq Evi”nin rəsmi şəxsləri ilə söhbətlərin aparılması, qutabın Azərbaycan mətbəxinə aid olduğunun və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun bir daha diqqətə çatdırılması tövsiyə olunub.
E.Dəmirçiyevin sözlərinə görə, Şərqi Qazaxıstan vilayəti üzrə “Dostluq Evi”nin mətbuat katibi Bibulova Ayzada Erjan qızı ilə bu barədə söhbət aparılıb, Azərbaycan mətbəxi nümunəsinin ermənilər tərəfindən özlərininki kimi qələmə verilməsi, həmçinin Azərbaycan ərazisi olan Qarabağın ermənilərin olması barədə fikirlər söylənilməsinin yol verilməz olduğu diqqətə çatdırılıb. Eyni zamanda gələcəkdə belə təxribat xarakterli hərəkətlərə imkan verilməməsi xahiş olunub.
Femida.az
Oxunub: 638
Oxşar xəbərlər
- "Ermənistan diasporu Azərbaycana qarşı revanş siyasəti yürüdür" - Hikmət Hacıyev
- Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər
- Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib
- Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb
- Cavanşir Feyziyev: "AP üzvlərinin bəyanatı erməni diasporunun Avropa ofisində hazırlanıb"
- Türkiyənin Azərbaycandakı səfiri Diaspor Komitəsində olub
- Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar
- Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları Şuşa Bəyannaməsi ilə bağlı müraciət yayıb
- 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
- Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı