Ordumuz düşməni minaatanlarla susdurdu


09:50     01 May 2020 20_05_01_1588312174.jpg


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun minaatan bölmələrinin dəqiq cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.

Femida.az

Açar sözlər: #ordu   #cəbhə   #minaatan   #atəşkəs  

Oxunub: 823