Apreldə 2,3 milyon şəxsə sosial ödənişlər edilib


10:01     01 May 2020 20_05_01_1588312230.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə ümumilikdə 2,3 milyon nəfərə sosial təminat növləri üzrə ödənişlər edilib.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən bu istiqamətlər üzrə 27 faiz çox vəsait ödənilib.

Onlardan 1 milyon 270 min nəfərinə pensiya, 418 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd ödənilib. Həmçinin 82 min 300 ailə üzrə 342 min ailə üzvünə aprel ayı üzrə ünvanlı sosial yardım ödənişi həyata keçirilib.

Qeyd edilən istiqamətlər üzrə aprel ayında sosial ödəniş alanların sayı ötən ilin aprel ayı ilə müqayisədə 7 faiz və ya 154 min nəfər çox olub.

Həmçinin aprel ayında həmin sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manatdan artıq vəsait xərclənib ki, bu da ötən ilin müvafiq göstəricinə nisbətən 27 faiz və ya 103 milyon manat çoxdur.

Femida.az

Açar sözlər: #sosial  

Oxunub: 446