Milli Məclis yeni Baş prokuror təyinatına razılıq verdi - RƏSMİ


11:48     01 May 2020 20_05_01_1588319383.jpg

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ təsdiq olunub.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Azərbaycan Prezidentinin təqdimatı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən diqqətə çatdırılıb.

Sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.

Femida.az

Açar sözlər: #MilliMəclis   #Başprokuror  

Oxunub: 837