"111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb" - Vüqar Gülməmmədov


12:11     01 May 2020 20_05_01_1588320734.jpg


“Hesablama Palatası tərəfindən 2019-cu ildə 47 audit, 6 analitik fəaliyyət həyata keçirilib, 43 audit icmallaşdırılıb”.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palata sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, ötən müddətdə 561 nöqsan aşkar olunub ki, bu da əvvəlki illə müqayisədə 21 faiz azdır.

“2019-cu ildə 111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb. İntizam tənbehi ilə bağlı təkliflər müvafiq mərkəzi icra aparatlarına təqdim olunub. 2019-cu ildə ilk dəfə palata monitorinq fəaliyyəti həyata keçirib. Ötən il palata 5 nəzarət tədbiri üzrə müəyyən etdiyi qanun pozuntularına dair materialları prokurorluq orqanlarına təqdim edib. Bunlar əsasən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması hallarıdır. Bundan başqa, dövlət satınalmaları ilə bağlı 5 iş respublika prokurorluğuna göndərilib”.

Femida.az

Açar sözlər: #hesablama   #palata  

Oxunub: 735