Böyük Vətən müharibəsi iştirakçıları təltif edilib - SƏRƏNCAM
12:48 01 May 2020
Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediləcəklər.
Sərəncamla Nazirlər Kabinetinə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görmək və yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etmək tapşırılıb.
Femida.az
Oxunub: 845
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Əfv sərəncamının icrasına başlanılıb
- Azərbaycanda iki rayon məhkəməsi ləğv edilir - SƏRƏNCAM
- Prezident Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
- Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən korrupsiya ilə bağlı mühüm SƏRƏNCAM
- Prezident SƏRƏNCAM İMZALADI
- Prezident sərəncam imzaladı