Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA


18:43     01 May 2020 2020/05/maska2948967_1588344264.jpg

“Tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı hökumətə müraciət edilib".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bir sıra müəssisələrdə və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq: "Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.

Açar sözlər:

Oxunub: 630