Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı


18:52     01 May 2020 20_05_01_1588344817.jpg

“Koronavirus infeksiyası aşkar etmədiyimiz rayonlar var. Amma həmin rayonlarda risk davam etdiyi üçün o ərazini sarı zonaya salırıq”.

Femida.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, əgər ətraf rayonlarda da yoluxma aşkar olunmazsa, həmin sahəni yaşılla rəngləyə bilərik və prosesin sıfırlandığını açıq qeyd edə bilərik:

“Buna bölgə üzrə apardığımız epidemioloji təhlillərə əsasən qərar veriləcək”.

Açar sözlər:

Oxunub: 856