Türkiyədə koronavirusdan sağalanların sayı 50 mini ötdü - STATİSTİKA


20:42     01 May 2020 2020/03/koronavirus_1585572132.jpg

"Türkiyədə son sutkada daha 84 nəfər pandemiyanın qurbanı olub”.

Femida.az -ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 258 nəfərə çatıb.

Nazir həmçinin daha 2 188 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 122 392-yə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 53 808 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Açar sözlər:

Oxunub: 954