Lənkəranda narkotacir tutulub - FOTO
09:27 02 May 2020
Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran rayonunun Liman şəhər sakini Azər Məlikov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə, 3 qrama yaxın çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb. A. Məlikova narkotik vasitəni satan şəxsin Liman şəhər sakini Vaqif Səlimov olduğu müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. V.Səlimovun üzərindən və yaşadığı evdən 2 bükümdə ümumilikdə 130 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 685
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib