Almaniyada koronavirusdan ölənlərin sayı 6 575-ə çatdı


09:45     02 May 2020 2020/05/koronn8_1588397850.jpg

Almaniyada ötən sutkada 945 nəfərə koronavirus diaqnozu qoyulub.

Femida.az xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Almaniyada qeydə alınan yoluxma hallarının sayı 161 703-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 94 nəfər artaraq 6 575-ə çatıb.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 129 mini ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 401 000-i ötüb. Bunların 1 081 689 nəfəri sağalıb, 239 604 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Açar sözlər:

Oxunub: 485