Şəmkirdə evdən oğurluq edən şəxs saxlanıldı


09:59     02 May 2020 2020/05/d72823cd-252d-4d4b-9baa-15c827fd9e5a_1588398766.jpg

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Femida.az-A DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla əvvəllər məhkum olunmuş, rayon sakini, 39 yaşlı Anar Məmmədzadə rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığı oğurladığı müəyyənləşib. Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 728