Biləsuvarda biri qadın olmaqla beş narkotacir tutulub - FOTO
10:50 02 May 2020
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakinləri Azər Hüseynov, Xalid Ağayev və Bisitun Fətiqi Hüseynov sonuncunun idarə etdiyi “Peugeot” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar. Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində isə Gəncə şəhər sakini F. Bayramova və Bakı şəhəri Binəqədi rayon sakini Fərid Şamiyev sonuncunun idarə etdiyi “Reno Megane” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar. Avtomobilə keçirilən baxış zamanı oradan 100 qram narkotik vasitə heroin, 327 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 730
Oxşar xəbərlər
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb
- Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var
- Biləsuvarda avtomobillər toqquşub, ölən var