Gürcüstanda daha 16 nəfər koronavirusa yoluxub


12:46     02 May 2020 2020/03/turkiye-koronavirus_1585661288.jpg

Gürcüstanda daha 16 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Femida.az -IN xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 582-yə çatıb.

Bildirilib ki, qonşu ölkədə koronavirus səbəbi ilə 5243 nəfər karantində saxlanılır, 551 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 207-si sağalıb, 7-si isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

Açar sözlər:

Oxunub: 829