Polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib


18:07     02 May 2020 hebs5.jpg

Hacıqabulda polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib.

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində yerləşən stasionar DYP postunda polis serjantı Abduyev Məcid Nizami oğlu ön qeydiyyat nişanı olmayan “SHACMAN” markalı 13 BX 051 dövlət nömrə nişanlı yük avtomobilini saxlayıb. Polis inspektoru avtomobili idarə edən İmişli şəhər sakini, 1996-cı il təvəllüdlü Şahpələngov Vilayət Sahib oğlundan avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməsini tələb edib. Sonucu isə polis inspektorunun qanuni tələbinə məhəl qoymayaraq sənəd təqdim etməkdən imtina edib və avtomobili hərəkətə gətirib. Avtomobilin hərəkətinə mane olmaq istəyən polis inspektoru avtomobilin qapısının tutacağından asılı vəziyyətdə qalıb və buna baxmayaraq sürücü avtomobilin hərəkətini davam etdirməklə müqavimət göstərib. Nəticədə polis əməkdaşı sağ ayağına xəsarət dəyib.

Yük maşınının sürücüsü V.Şahpələngov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə qarşısına çıxarılan sürücü barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 968