Naxçıvan Qarnizonunda bütün növ silah və texnika yay mövsümünə keçir
18:55 02 May 2020
Naxçıvan Qarnizonu Qoşunlarında bütün növ silah və texnikanın istismarının yay mövsümünə keçidi ilə əlaqədar göstərici məşğələ keçirilib.
Femida.az-ın məlumatına görə, əvvəlcə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin bütün növ silah və texnikanın istismarının yay mövsümünə keçidi ilə əlaqədar əmri və göstərici məşğələnin planı şəxsi heyətə çatdırılıb.
Müxtəlif təlim yerlərində avtomobil texnikalarının, raket-artilleriya silahlarının, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, döyüş sursatlarının və zirehli tank texnikalarının yay mövsümünə keçidi zamanı görülən işlər, park xidmətinin, yanğından mühafizənin, tərbiyəvi işin və ilk tibbi yardımın təşkili, mühəndis, kimya, ərzaq və rabitə vasitələrinə texniki xidmətin göstərilməsi praktiki olaraq nümayiş etdirilib.
Mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilən Naxçıvan Qarnizonu Qoşunlarında yay mövsümünə keçid zamanı hərbi texnikalara texniki xidmət 1 və 2 həcmində qulluq göstərilir. Bu zaman texnikaların yanacaq-sürtkü materialları və filtrləri dəyişdirilir, elektrik və hidravlik sistemləri, hissə və mexanizmləri planlı şəkildə yoxlanılır.
Zirehli tank texnikalarının hərəkət hissələrinə, döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilir, bütün hərəkət hissələri yağlanır, tırtıllar tarımlanır, mühərriklərə yağ əlavə olunur, ehtiyac olanların yağı dəyişdirilir.
Bütün fəaliyyətlər başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili və nəticələrin qiymətləndirilməsi aparılacaq.
Femida.az
Oxunub: 855
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvan gömrükçüləri 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
- Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb