142 Çağrı Mərkəzinə 187 min 338 zəng daxil olub


20:22     02 May 2020 2020/05/15884-1588436387_1588436628.jpg

Martın 24-dən mayın 1-dək 142 Çağrı Mərkəzinə 187 min 338 zəng daxil olub. Onlardan 182 min 820-si, yəni 97.6 faizi cavablandırılıb. Cavablandırılmamış zənglər isə 2.4 faiz təşkil edib.

Femida.az xəbər verir ki, martın 24-dən aprelin 30-dək daxil olan cavablandırılmış zənglərin 76.2 faizi məşğulluq istiqamətini əhatə edib. Ümumilikdə isə bu il yanvarın 1-dən mayın 1-dək 142 Çağrı Mərkəzinə 292 min 835 zəng daxil olub ki, onun da 286 min 259-u, yəni 97.8 faizi cavablandırılıb.

Bu məlumatlar yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər üzrə statistik icmalda öz əksini tapıb.

Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı olan vətəndaşlara sosial xidmətin göstərilməsi ilə bağlı qərarından irəli gələn ümumi müraciətlərin sayı 4613 olub. Bu da ümumi cavablandırılmış zənglərin 2,5 faizini təşkil edib.

Bununla yanaşı, mayın 1-də 142 Çağrı Mərkəzinin onlayn çatına vətəndaşlardan gələn 41 müraciət cavablandırılıb. Ümumilikdə, martın 24-dən mayın 1-dək onlayn çata gələn 5934 müraciətə cavab verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1106