ABŞ Konqresi sürətli COVID-19 testindən keçməkdən imtina edib


09:03     03 May 2020 20_05_03_1588482270.jpg

ABŞ Konqresi üzvlərinin sürətli koronavirus testindən keçirilməsi ilə bağlı ABŞ Administrasiyanın təklifini rədd edib.

Femida.az xəbər verir ki, birgə bəyanatla Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi və Senatda respublikaçıların lideri Miç Makkonnell çıxış ediblər.

“Konqres Kapitoli binasında COVID-19-un aşkarlanması üçün sürətli test kompleksi yerləşdirməklə bağlı səxavətli təklifi üçün administrasiyaya təşəkkür edir, lakin biz bu təklifi hörmətlə rədd edirik”, - bəyanatda belə deyilir.


Qanunvericilər qeyd edir ki, ölkə daxilində testlərin aparılması geniş vüsət alır və Konqres bundan sonra da “resursların daha zəruri ola biləcəyi vacib təşkilatlara yönəldilməsini” istəyir.

Konqresin hər iki palatasının işini mayın 4-də bərpa edəcəyi gözlənilir.

Açar sözlər:

Oxunub: 774