Ermənistanda 320 tibb işçisi koronavirusa yoluxub


13:18     03 May 2020

Ermənistanda koronavirusa yoluxmuş 2386 nəfərdən 320-i (13.4%) tibb işçisidir.

Femida.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, həm yoluxma halı, həm də 60 yaşdan yuxarı mütəxəssislərin evdə təcrid vəziyyətində olması ölkə səhiyyəsi üçün çətin vəziyyət yaradıb.

"Bu, Ermənistan səhiyyə sisteminin həddən artıq yüklənməsin deməkdir", - deyə Torosyan vurğulayıb.

Xatırladaq ki, son sutkada Ermənistanda 113 yeni yoluxma qeydə alınıb, ölənlərin sayı isə 35-ə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 674