Türk dünyasının ortaq televiziyası yaradılır


15:29     03 May 2020 2018/05/turan-bayragi_1525332685.png

Türk dünyasının ortaq televiziyası yaradılacaq.

Femida.az xəbər verir ki, bu barədə Global Journalism Council təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, televiziya yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

E.Eyvazlı bildirib ki, bununla bağlı Türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb: “İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, müsahibimiz deyib ki, bu məsələlər ona həvalə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1220