Koronavirusdan sağalanlar və testlərlə bağlı SON GÖSTƏRİCİLƏR


17:53     03 May 2020 20_05_03_1588514712.jpg


Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı açıqlanıb.


Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı da məlum olub. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157 932 test aparılıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 1613