Mənzildən 2 min manatlıq oğurluq olub


09:42     04 May 2020 ogurluq.jpg

Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Femida.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L. Tağıyevin evindən 1000 manat dəyərində televizor, 600 manat dəyərindən iki velosiped, geyim və məişət əşyaları oğurlanıb. Ümumilikdə zərərçəkənə 2 min manatdan artıq ziyan dəyib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü A. Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 668