Nazirlik dərsliklərin istehsalına 9 mln. manat xərcləyəcək
10:01 04 May 2020
Azərbaycan Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin istehsalı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.
Femida.az-ın "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri "Təhsil" Nəşriyyat Poliqrafiya MMC, "Çaşıoğlu Elm-İstehsalat" MMC və "Aspoliqraf LTD" seçiliblər. Şirkətlərlə ümumi dəyəri 9 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.
Müqavilələrə əsasən, 2020-2021-ci tədris ilinə "Təhsil" Nəşriyyat Poliqrafiya tərəfindən ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin, "Çaşıoğlu Elm-İstehsalat" tərəfindən ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, "Aspoliqraf LTD" tərəfindən isə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək.
Femida.az
Oxunub: 641
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib