Piyada ölümü ilə bağlı cinayət işi açıldı


12:22     04 May 2020 piyada5.jpg

Mayın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində əvvəllər məhkum olunmuş, 48 yaşlı İ. Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla 47 yaşlı Səbirə Bağırovanı vurub öldürüb.

Femida.az-ın məlumatına görə, araşdırma zamanı İ. Quliyevin avtomobili idarə etmək üçün etibarnamə və sürücülük vəsiqəsinin olmadığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 652