Kürdəmirdə ağır qəza: 5 ölü, 6 yaralı


13:27     04 May 2020 20_05_04_1588584485.jpg


Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.

Qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub. Qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

Sürücü C. Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Ceyhun Sabir oğlu Piriyev, Reyhan Kərim qızı Kərimova, Abbas Kərim oğlu Kərimov, Arzu İsrayıl qızı Hətəmov isə xəstəxanaya yerləşdiriliblər.

Femida.az

Açar sözlər: #Kürdəmir   #qəza  

Oxunub: 680