ARDNF AÇG və "Şahdəniz"dən nə qədər gəlir götürüb? - AÇIQLANDI


13:43     04 May 2020 20_05_04_1588584723.jpg

Bu il (01.01.2020 – 01.05.2020 tarixlərində) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 983 mln. ABŞ dolları təşkil edib.


ARDNF-dən Femida.az-a verilən məlumata görə, o cümlədən, hesabat dövrü "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 112 mln. ABŞ dolları olub.

Məlumata əsasən, "Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan gəlirlər 59 mln. dollar təşkil edib.

Açar sözlər: #ARDNF   #NEFT#   #açg   #ŞAHDƏNİZ  

Oxunub: 819