“Moskva Türkiyə vətəndaşlarına problem yaratmayacaq” - Lavrov


13:46     04 Dekabr 2015 lavrov-05.jpg

Rusiya XİN rəhbəri Sergey Lavrov “SU-24” təyyarəsi ilə bağlı insidentdən sonra Moskvanın Ankaraya qarşı tətbiq etdiyi sanksiyalardan danışarkən Rusiyanın hər iki dövlətin vətəndaşlarının problemlərlə üzləşməməsi üçün əlindən gələni edəcəyini bildirib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov bu sözləri ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısının yekunlarına dair mətbuat konfransında bildirib.

“Bizim Türkiyəyə qarşı tətbiq etdiyimiz tədbirlərə gəlincə, biz lap əvvəlcədən bildirmişdik ki, bu cinayətkar və hüquqazidd aksiya cavabsız qala bilməz, Türkiyənin hazırkı rəhbərliyi ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz. Biz həmişə demişik və prezident Putin bu gün təsdiqlədi ki, biz Türkiyə xalqını yaxın dost kimi qəbul edirik və Türkiyə xalqını cinayətkar əmri verən şəxslərlə qarışdırmırıq”, deyə Lavrov qeyd edib.

“Biz insanlar arasındakı münasibətlərə xələl gətirəcək addımlardan yayınmağa çalışırıq. Xoşagəlməz hallar, yəqin ki, baş verir, lakin bu prezidentimizin və hökumətimizin siyasəti deyil. Və biz çalışacağıq ki, Rusiya və Türkiyə vətəndaşlarına problem yaranmasın”, deyə nazir qeyd edib.

Açar sözlər:

Oxunub: 1232