Koronavirus xəstələri üçün 20-dən çox xəstəxana ayrılıb
16:03 04 May 2020
“Azərbaycanda koronavirus xəstələrinin müalicələri üçün 20-dən artıq xəstəxana ayrılıb”.
Femida.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb.
Femida.az
Oxunub: 549
Oxşar xəbərlər
- Koronavirusun insan beyninə təsiri məlum olub
- Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?
- Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
- Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb