Elmar Məmmədyarov maltalı həmkarı ilə görüşüb


13:51     04 Dekabr 2015 75905982ff0cac487eb3c9668ccfe246.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Onlar iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.

İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə - hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Açar sözlər:

Oxunub: 1101