Vergi ödəmələrinin müddəti uzadılıb


18:46     04 May 2020 20_05_04_1588603640.jpg

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may tarixinədək uzadılmasını nəzərə alaraq, cari vergi ödəmələrinin müddəti uzadılıb.



Vergilər Nazirliyindən Femida.az-a verilən məlumata görə, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti 5 may 2020-ci il tarixinə qədər uzadılıb.

Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti 31 may 2020-ci ilə təyin edilib.

Açar sözlər:

Oxunub: 833