6 nəfərin öldüyü qəzanın videosu yayıldı (18+)


19:03     04 May 2020 20_05_04_1588604687.jpg

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevə məxsus "Nissan" toqquşub.

Qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov, Aylin Natiq qızı Həsənova və 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev dünyasını dəyişiblər.

Son məlumata görə, yaralılardan 9 yaşlı uşaq da vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


Açar sözlər:

Oxunub: 956