Sabirabadda avtomobil yeniyetməni vurub


19:30     04 May 2020 20_05_04_1588605871.jpg

Sabirabadda avtomobil yeniyetməni vurub.

APA-nın məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. "Hyundai" markalı avtomobil yol kənarında alça satan kənd sakini, 2007-ci il təvəllüdlü Əmirov Səyyad Mübariz oğlunu vurub.

S.Əmirov ağır kəllə-beyin travması, sol bud sümüyünün açıq qəlpəli sınığı, travmatik şok diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 846