Goranboyda avtomobil maneəyə çırpılıb


20:45     04 May 2020 20_05_04_1588610777.jpg

Goranboyda avtomobil maneəyə çırpılaraq yoldan çıxıb.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli şəhərindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "Hyundai" markalı minik maşını metal arakəsməyə çırpılaraq və yoldan çıxıb. İlkin məlumata görə, avtomobil ciddi zərər görsə də, ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 964