Ali Məhkəməyə namizədliyi irəli sürülən hakimlər təsdiqləndi


11:14     05 May 2020 alimehkeme.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.


Femida.az xəbər verir ki, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimləri - İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Abidin Hüseynovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbаsov, hakimlər Çingiz Əsgərov, Bəhram Məmmədli, Bəhman Qəribovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər: #aliməhkəmə  

Oxunub: 1032