4 məhkəmə hakimi vəzifəsindən azad edildi


12:30     05 May 2020 hakime%20etiraz.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.


Femida.az xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsinə baxılıb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər: #məhkəmə  

Oxunub: 628