Biləsuvar RİH-in binası qarşısındakı insidentə görə 7 nəfər saxlanılıb - RƏSMİ
15:01 05 May 2020
May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Femida.az-a verilən birgə məlumatda qeyd olunur ki, ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.
Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılıb. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
Oxunub: 616
Oxşar xəbərlər
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb
- Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var