Qazaxıstan sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşının nəşi bu gün təhvil veriləcək
16:59 05 May 2020
Bu ilin 30 aprel tarixində Xəzərə dənizində Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində həyatını itirmiş Qəhrəman İbrahimovun nəşi 5 may tarixində, ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Manqistau əyaləti üzrə Sərhəd Xidmətinin hərbi gəmisi ilə Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə yola düşüb.
Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycan Respublikasının Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək.
“Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcək. Qeyd etmək istərdik ki, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş notada baş vermiş insident zamanı həyatını itirmiş Azərbaycan vətəndaşı Qəhrəman İbrahimovun ailəsinə başsağlığı bildirilir, eləcə də Qazaxıstan tərəfindən sözügedən insidentin hərtərəfli və obyektiv araşdırıldığı və nəticələr barədə Azərbaycan tərəfinin məlumatlandırılacağı qeyd olunur”, - deyə XİN-in məlumatında qeyd olunub.
Oxunub: 917
Oxşar xəbərlər
- Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alınıb
- Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
- Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edib
- Qazaxıstanın yeni Baş naziri yeni hökumətin vəzifəsini açıqlayıb
- Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq endirilib
- Qazaxıstanda yanvarın 10-u matəm elan olunub
- Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib
- Qazaxıstan Sərhəd Xidmət Akademiyasının rəisi etiraz aksiyası zamanı öldürülüb
- Qazaxıstanda telekanal əməkdaşı iğtişaşlar zamanı həlak olub
- Qazaxıstanda iğtişaşlarda həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb