Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb


18:00     05 May 2020 1439202905_manat2.jpg

Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargahında keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bu günə qədər fonda 113 milyon manatdan artıq vəsait toplanıb:

"Bütün ianələrin hamısının xərclənəcəyi istiqamətlər barədə saytda məlumat veriləcək. Ən böyük məbləğdə ianə cənab Prezident tərəfindən olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 633