Əmlak və maliyyə amnistiyası tətbiq oluna bilər


18:44     05 May 2020 ziyad_samedzade.jpg

"Azərbaycan iqtisadiyyatı, demokratik institutlar bərqərar olduqca, vaxtilə müxtəlif yollarla qazanılmış əmlakın və vəsaitin əfv edilməsi məsələsi gündəmə gəlir. Hesab edirəm ki, bu, çox ciddi məsələdir".

Femida.az xəbər verir ki, bunu millət vəkili Ziyad Səmədzadə Operativ Qərargahın bu gün keçirilən brifinqində əmlak və maliyyə amnistiyasının tətbiq olunması barədə məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məsələ İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışında da qaldırılıb: "Bunun olması üçün biz dünya təcrübəsini öyrənməliyik. Dünyada belə hallar olub. Bir çox ölkələr əfv etməklə ölkə iqtisadiyyatında xeyli müsbət dəyişikliklərə nail olublar. Ən əlverişli əfv mexanizmi Qazaxıstanda olub. Azərbaycan dövləti isə islahatlara sistemli yanaşır. Hazırlanacaq qanun layihəsinin reallaşması ilə Azərbaycan iqtisadiyyatının daxili investisiyalar hesabına genişlənməsi üçün əlavə imkanlar yaranacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1085