Gəncədə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb


09:55     06 May 2020 hebs89.jpg

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Femida.az -IN məlumatına görə, hadisə şəhərin E. Həsənov küçəsində qeydə alınıb. Gəncə şəhərində yaşayan, 1987-ci il təvəllüdlü Məmmədov Füzuli Vidadi oğlu idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusla həmin küçədə dönmə hərəkəti edərkən avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Faiq Kazımovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 646