Şəmkirdə həmkəndlisini güllələyən şəxsə ağır ittiham irəli sürüldü


10:17     06 May 2020 1438325357_neftchalada-gullelenme-hadisesi-bash-verib.jpg

Şəmkirdə baş vermiş silahlı insdentlə bağlı yeni xəbər var.

Femida.az -ın xəbərinə görə, hadisə mayın 4-ü saat 17:10 radələrində rayonun Dəllər-Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, Dəllər-Cırdaxan kənd sakini Famil Muradov kəndin Şəhidlər Xiyabanının ərazisində yerləşən ağaclıqda sərxoş vəziyyətdə ov tüfəngi ilə həmkəndlisi Asif Muradovu bir dəfə atəş ataraq yaralayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, F.Muradov saxlanılıb.

Daha sonra Şəmkir rayon Proikurorluğunda F.Muradovun törətdiyi cinayət əməli kifayət qədər sübutlar təsdiq olunduğundan CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 720