Koronavirusdan sağalanların sayı 1536 nəfərə çatdı - Azərbaycanda


16:13     06 May 2020 poliklinika-beograd-8.jpg


Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.


Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Femida.az

Açar sözlər: #koronavirus   #sağalma  

Oxunub: 921