Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyəti AÇIQLANDI


19:13     06 May 2020 2020/03/koronavirus_1585572132.jpg



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyətini açıqlayıb.

Femida.az/ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən agentlik sədri qeyd edib ki, bu günə qədər ölkədə koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb:

“Onlar müəyyən müddətdən sonra test nəticələri 2 dəfə neqativ olduğu halda həkim nəzarəti altında evə buraxılırlar”.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə virusa yoluxanların 5%-i 0-9 yaş, 6%-i 10-19 yaş arası olan şəxslərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 845