Yol polisindən sürücülərə - Qar xəbərdarlığı
15:09 04 Dekabr 2015
Baş Dövlət Yol Polisi İdarəsi soyuq hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda respublikanın avtomobil yollarında nəqliyyatın sərbəst hərəkəti var:
“Yollarda qar-buz yoxdur. Lakin Ağsu aşırımında bir qədər qar müşahidə edilir. Lakin yolların hərəkət istiqamətində hər hansı problem yoxdur. Dağətəyi, dağlıq rayonlarda gecə havanın temperaturunun enməsi, yolların yaş olması nəticəsində səthi buzlaşma ola bilər. Belə ərazilərdə sürücülər diqqətli olmalıdırlar və qış mövsümünə uyğun şinləri olmayan nəqliyyat vasitələri ilə həmin ərazilərdə olan yollardan mümkün qədər az istifadə etmələrini, sutkanın qaranlıq vaxtlarında isə həmin istiqamətlərdə yola çıxmamalarını tövsiyə edirik”.
Oxunub: 963
Oxşar xəbərlər
- Yol polisi piyadanı öldürərək qaçıb? - AÇIQLAMA
- Yolu keçən piyadanı maşın vurub öldürdü
- Yoldan keçən həkim bıçaqlanan kişinin həyatını xilas etdi - Bayılda
- Yol polisindən bayramla əlaqədar sürücülərə xəbərdarlıq
- Yolu keçən uşaq ölümdən son anda xilas oldu - VİDEO
- Yol qəzası törədən sürücü edam edilib
- Yolu keçmək istəyirdi, təkərlər altında qaldı
- Yollar buz bağlayacaq
- Yol polisi işləmək istəyirsiz? - Müsabiqə
- Yol Polisi Bakıdakı insidentlə məlumat yaydı