Rusiyada son sutkada 11 231 nəfər koronavirusa yoluxub, 88 nəfər ölüb


11:55     07 May 2020 20_05_07_1588838205.jpg

Rusiyada son sutka ərzində daha 11 231 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın verdiyi məlumata görə, Rusiyada COVİD-19-a yoluxanların sayı 177 160 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 88 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 1625 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 23 803 nəfərdir.

Açar sözlər:

Oxunub: 613